İctimai şuranın üzvləri imtahanların gedişini izləyiblər. » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İctimai şuranın üzvləri imtahanların gedişini izləyiblər.

İctimai şuranın üzvləri imtahanların gedişini izləyiblər.

Müəllif: cavidan
//
14 Ocak 2020
//
//

İctimai şuranın üzvləri imtahanların gedişini izləyiblər.




Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai şuranın üzvlərinin bir qrupu –Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov,N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov Lənkəran Dövlət Universitetində (LDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini canlı izləyiblər.Şura üzvləri LDU-nun bütün tədris korpuslarına baş çəkərək ,imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.İctimai şuranın üzvlərinə Operativ Qərargahın və Apellyasiya komissiyalarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Eyni zamanda,İctimai şura üzvlərinə Lənkəran Dövlət Universitetinin təhsil həyatı ,burada professor-müəllim -tələbə heyəti üçün yaradılan şərait,son ildə tədrisin modern təşkili ,universitetin yenilənmiş maddi-texniki bazası,yardımçı təsərrüfatı ilə bağlı son yeniliklər barədə ətraflı məlumat verilib.

İmtahanların gedişi ilə tanışlıqdan sonra İctimai şuranın üzvlərini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Universitet rəsmisi şura üzvlərinin imtahanların gedişi ilə bağlı təəssüratlarını dinləyib, təklif və rəylərinə münasibət bildirib,LDU-nun təhsil həyatında yaxından iştirak etdiklərinə görə minnətdarlıq edib.Professor Natiq İbrahimov imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün universitetdə bütün mümkün tədbirlərin görüləcəyini, LDU-nun imicinin bundan sonra da qorunacağını deyib.
Xəbər Lenti Giriş Populyar Reklam