Sizin reklam burada
Sizin reklam burada

Dünyada koronavirusa qarşı peyvənd vurduranların sayı 8 milyardı ötüb

Dünyada koronavirusa qarşı peyvənd vurduranların sayı 8 milyardı ötüb



Dünyada koronavirusa qarşı peyvənd vurduranların sayı 8 milyardı ötüb. Onların yarıdan çoxu (4,16 milyard) üç ölkədə - Çində (2,5 milyard), Hindistanda (1,2 milyard) və ABŞ-da (0,46 milyard) yaşayır.

Məlumata görə, indiyədək insanlar 8,03 milyard doza koronavirusa qarşı peyvənd vurdurub.

Planetdə neçə nəfərin peyvəndin tam kursunu tamamladığını müəyyən etmək hələlik mümkün deyil. Eyni zamanda, artıq bir sıra dövlətlərdə insanların revaksinasiyasına başlanılıb.

Qeyd edək ki, dekabrın 2-nə olan məlumata görə Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 578 492 nəfər təşkil edir. Ümumilikdə isə 938 767 buster doza vurulub.

Mənbə: TASS

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ