Sizin reklam burada
Sizin reklam burada

Bakıda beş maşını əzən sürücü hadisə yerindən qaçdı - FOTO

Bakıda beş maşını əzən sürücü hadisə yerindən qaçdı - FOTO


Bakının Nərimanov rayonunda sürücü beş maşını əzib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“AzSamand” markalı avtomobil prospektdə əks istiqamətdə hərəkət edib. Bu zaman sözügedən avtomobilin sürücüsü sükana nəzarəti itirərək “Mercedes-Benz”, “Hyundai”, “Naz Lifan”, “Toyota” və KİA markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində “Toyota”da olan bir nəfər xəsarət alıb. Qəzanı törədən sürücü isə hadisə yerindən yayınıb.

Faktı Nərimanov Rayon Polis İdarəsi araşdırır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ