Sizin reklam burada
Sizin reklam burada

Bu gün şəhid Osman Manafovun doğum günüdür - FOTO

Bu gün şəhid Osman Manafovun doğum günüdür - FOTO



Bu gün Vətən müharibəsi şəhidi Osman Manafov Natiq oğlunun doğum günüdür.

24 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub.

Şəhidimiz ilk təhsilini Bakıda 90 saylı tam orta məktəbdə alıb.

2014-cu ildə həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı ilin aprel döyüşlərində iştirak edib.

Tərxis olunandan sonra ailə həyatı qurub və Natiq adında bir oğlu dünyaya gəlib.

O, 27 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Suraxanı rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Osman Manafov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ