Sizin reklam burada
Sizin reklam burada

Ağcabədidə şəhid ailələri və qazilərlin ziyarəti davam edir

	Ağcabədidə şəhid ailələri və qazilərlin  ziyarəti davam edir
	Ağcabədidə şəhid ailələri və qazilərlin  ziyarəti davam edir
	Ağcabədidə şəhid ailələri və qazilərlin  ziyarəti davam edir
	Ağcabədidə şəhid ailələri və qazilərlin  ziyarəti davam edir
	Ağcabədidə şəhid ailələri və qazilərlin  ziyarəti davam edir
	Ağcabədidə şəhid ailələri və qazilərlin  ziyarəti davam edir
	Ağcabədidə şəhid ailələri və qazilərlin  ziyarəti davam edir

YAP Ağcabədi rayon təşkilatı mütəmadi olaraq şəhid ailələri və qazilərin ziyarət davam edir.
Növbəti ziyarət Ağcabədi şəhər sakini, II Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş qazi Cavid Allahverdiyevin ailəsində olmuşdur.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov başda olmaqla aparatın bir qrup işçisi və YAP fəalı qazinin evinə gedərək onu və ailə üzvlərini ziyarət etmişdir.
Görüş zamanı Rövşən Əhmədov Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordunun fədakarlığı sayəsində 44-günlük müharibənin Qələbə ilə başa çatmasında əsgər və zabitlərinin, o cümlədən Cavidin göstərdiyi sücaətdən söhbət açmış, müharibə dövründə xalqın orduya dəstək olmasının qələbənin qazanılmasının əsas rol oynadığını qeyd etmişdir.
Görüş zamanı Cavid Allahverdiyev bildirmişdir ki, müharibənin ilk günlərində- sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanmış, Füzulinin, Cəbrayılın, Qubadlının azad edilməsi əməliyyatlarında iştirak etmiş, oktyabr ayının əvvəllərində yaralanmış, müalicə olunaraq yenidən döyüşlərə qatılmışdır. Döyüşlər bizim üçün çox əlverişsis bir şəraitdə gedirdi, ərazilərin qayalıq və yüksəklikdə olması, hər tərəfin minalanması, 30 il ərzində qurulmuş istehkamlar əməliyyat şəraitini çox çətin etmişdi, yalnız fiziki güc hesabına biz maneələri dəf edə bilirdik. İdmançı olmağım mənə çox üstünlük verirdi. Oktyabrın 20-də yenidən ağır yaralandım, qospitalda müalicə oldum, hazırda müalicəm davam edir. Döyüşlərdə göstərdiyim sücaətə görə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişəm.
Söhbət zamanı Cavid Allahverdiyev peşəkar idmançı kimi iştirak etdiyi çempionatlarda əldə etdiyi medal və diplomlarla, həmçinin YAP Ağcabədi rayon təşkilatının verdiyi Fəxri Fərmanı qonaqlara təqdim etdi.
Cavid Allahverdiyev 2011-ci ildə Budo Döyüş növü üzrə gənclər və böyüklər arasında Bakıda keçirilən Azərbaycan çempionatının, 2011-ci ildə Biləsuvarda keçirilən Budo Döyüş növü üzrə Asiya çempionatının, 2016-cı ildə Batumi şəhərində keçirilən Muay-tay idman növü üzrə Dünya oyunlarının və həmin il Türkiyədə keçirilən Kikboksink üzrə keçirilən Beynəılxalq turnirin qalibi olmuşdur.
Görüş zamanı Cavid Allahverdiyev və anası Elza Məmmədova onları ziyarət etdikləri üçün təşəkkürlərini bildirmiş, qazi və şəhid ailələrinin problemlərinin diqqətdə saxladıqları üçün rayon rəhbərliyinə və Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişlər.
Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

YAP Ağcabədi rayon təşkilatının
Aparat rəhbəri: N.Bünyatov
18.10.2021

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ