Sizin reklam burada
Sizin reklam burada

İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır

İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır


İngiltərədə bukmeker saytlarından birində qəribə iş elanı peyda olub.

“Paltin Casino” resursunun yayımladığı elana görə, məşhur “Simpsonlar” serialını izləyəcək əməkdaş axtarılır.

Onun işi ABŞ istehsalı animasiya serialının 33 mövsümünü və 2007-ci ildə çəkilən “Simpsonlar filmi”ni (The Simpsons Movie) seyr edərək, burada gələcəklə bağlı proqnozları aşkarlamaqdır.

Qeyd olunan iş üçün yeddi min dollar məvacib təklif olunur.

Mənbə: “Haber Global”

  • Sosial şəbəkədə paylaş