Sizin reklam burada
Sizin reklam burada

Vətən Müharibəsi iştirakçısının övladı təcili əməliyyat olunmalıdır: Ailəsi xeyirxah insanlara səsləndi

Vətən Müharibəsi iştirakçısının övladı təcili əməliyyat olunmalıdır: Ailəsi xeyirxah insanlara səsləndi



Media.Az daha əvvəl Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Vətən Müharibəsi veteranı Əli Həmidzadənin ailəsinin üzləşdiyi problemi işıqlandırıb.

Məlumatda Əli Həmidzadənin talassemiyadan əziyyət çəkən altı yaşlı oğlu Nihada dərhal sümük iliyi köçürülməsinə ehtiyacı olduğunu yazmışdıq.

Ancaq ailənin maddi durumu bu əməliyyatı həyata keçirməyə imkan vermir.

Uşağın anası Aytac Həmidzadə yenidən redaksiya ilə əlaqə saxlayaraq dərc edilən materialdan sonra Nihadın müalicəsi üçün 5 000 manat toplandığını qeyd etmişdi.

Ana həmçinin əlavə etmişdi ki, öz növbəsində dövlət də əməliyyat xərcinin yarısını öz öhdəsinə götürməyə hazır olduğunu açıqlayıb.

Bütün bunlara rəğmən, qadının dediyinə görə, onlar Nihadın müalicəsi üçün daha 35 min manat toplamaq məcburiyyətindədirlər, belə ki, Türkiyədə planlaşdırılan sümük iliyi transplantasiyasının əməliyyat qiyməti 80 min manatdır.

“Yardım prosesi dayandı və qiymətli vaxtımızı itirdiyimiz üçün çox narahatıq. Uşaq xəstəliyin təsiri altında böyüdükcə onun daxili orqanları və sümükləri daha çox deformasiyaya uğrayır. Bizə bir çox adam kömək etdi, onlara çox minnətdarıq. Bu dəstək bizə ümid verdi... Övladımızı itirmək istəməzdik. İnanıram ki, birgə səylərimiz nəticəsində oğlumuza kömək edə və tam məbləği toplayaraq onun əməliyyatına hazırlıq prosesinə başlaya bilərik. Axı, hələ qarşıda donor axtarışı və bir çox müayinələr var. Əminəm ki, Nihad da böyüyəndə atası kimi Azərbaycanın mərd övladlarından biri olacaq. O, artıq böyük vətənpərvərdir. Onun vətənə, şəhidlərə və atasına həsr etdiyi şeirlərin videoları sosial şəbəkələrdə çoxlarını duyğulandırıb.
Keçən hər gün Nihadın vəziyyəti ağırlaşır, patoloji dəyişikliklər baş verir. Qaraciyəri və dalağı genişlənir. Zahiri görünüşü dəyişir, talassemiyalı insanlara xas olan əlamətlər - üzün genişlənməsi və başın arxasında çökəklik müşahidə edilir. Uşağın iştahı və qüvvəsi yoxdur, dərisinin rəngi saralır, gözlərinin altında qara dairələr var. Qanda hemoglobinin səviyyəsi aşağı düşən kimi ona dəstəkləyici dərmanlar veririk və bu zaman trombositlərin səviyyəsi azalır, fasilə verməli oluruq. Onun immuniteti zəifləyib, tez-tez xəstələnir. Bədən temperaturu yüksələndə qanın keyfiyyətinə pis təsir etdiyi üçün ona antipiretik dərmanlar verə bilmərik. Xahiş edirəm ailəmizə kömək edin! Bu həyatda uşağınızın xəstələnməsini seyr etməkdən daha pis bir şey yoxdur”, - deyə Nihadın anası bildirib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ