Sizin reklam burada
Sizin reklam burada

Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır



Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1960-cı il təvəllüdlü Kəmalə İsmayılovanı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilki tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ