Sizin reklam burada
Sizin reklam burada

Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqləndi

Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqləndi



“Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi hazırdır, yaxın vaxtlarda təmir-yenidənqurma işlərinə başlanacaq”.

Bunu “Report”un sorğusuna cavab olaraq Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.

O bildirib ki, ev muzeyinin bərpası Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq:

“Şuşada keçirilən Beynəlxalq Musiqi Festivalı 30 illik işğal dövründən sonra Mədəniyyət Nazirliyi ilə Şuşa Dövlət Qoruğunun ilk birgə tədbiridir. Bu tədbir hər il Şuşada keçiriləcək. Üzeyir Hacıbəylinin ev muzeyi hazır olduqdan sonra festivalı orada da keçirə bilərik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ