Sizin reklam burada
Sizin reklam burada

180 kiloqram narkotik tərkibli bitki məhv edildi - FOTO

180 kiloqram narkotik tərkibli bitki məhv edildi - FOTO



Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bəydövül kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 180 kiloqram olan 248 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ