Sizin reklam burada
Sizin reklam burada

Ev şəraitində toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ

Ev şəraitində toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ


Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən üç fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, toy məclislərində normadan artıq qonağın iştirak etdiyi məlum olub.

Qayda pozuntularına yol verən ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ