Sizin reklam burada
Sizin reklam burada

2021-ci il mart ayının 3-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

2021-ci il mart ayının 3-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılmışdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ