Sizin reklam burada
Sizin reklam burada

Xərçəngi, xoranı sağaldan dərman - Məşhur cərrah Adil Qeybulla deyir ki...

Xərçəngi, xoranı sağaldan dərman - Məşhur cərrah Adil Qeybulla deyir ki...

Hər gün telekanallarda və radiolarda müəyyən dərmanların və bioloji aktiv qida əlavələrinin reklamı ilə qarşılaşırıq.

Həmçinin sosial şəbəkələrdə son zamanlar bir neçə məşhur tərəfindən müəyyən gəlir qarşılığında dərman vasitələrinin reklam olunduğunu da görürük. Ümumiyyətlə bu sahənin mütəxəssisi olmadan dərman vasitələri və bioloji aktiv qida əlavələri haqqında məsləhət vermək nə dərəcədə doğrudur? Axı dərman müalicə vasitəsidir. Həkim məsləhəti olmadan həmin dərmanın xəstəyə kömək olub-olmayacağını necə bilmək olar?! Müəyyən dərmanlar olar ki, əks təsir göstərə, yaxud da istifadə zamanı allergiya törədə bilər. Kiməsə inanıb sağlamlığımızı təhlükəyə atsaq, sonra istəmədən də olsa “qaş düzəltdiyimiz yerdə vurub göz çıxardacağıq”. Artur Şopenhauerin belə bir ifadəsi var: “Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”.

Hələ bəzi dərman vasitələrinin reklamı var ki, onlar spirtli içki və siqaret reklamlarından daha təhlükəlidir. İnsanda həmin dərmana qarşı istifadə istəyi və hətta məcburiyyət yaradır. Təsəvvür edin ki, adını çəkmək istəmədiyimiz bir dərmanın telekanllarımızda reklamı bu yöndə gedir: “Xərçəng hüceyrələrini, xoranı sağaldır, mədə-bağırsaqda olan problemləri aradan qaldırır”.

Hazırda dünyanın bir çox ölkələrində bu tip reklamlar qadağan olunub. Məsələ ilə bağlı tanınmış cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla “Publika.az”-a açıqlamasında bildirib ki, bu, çox ciddi bir problemdir:
rtıq nəzərə almaq lazımdır ki, dərman vasitələri reklam oluna bilməz! Bir çox dərman preparatları çoxşaxəli təsirə malikdir və bir-birinə assosiativ təsir göstərir.



Dünyanın hər yerində farmakoloji informaterlər var. Onlar ayrı-ayrı firmalarda çalışırlar və yeni dərman növləri haqqında həkimlərə, tibb işçilərinə məlumat verirlər. Dərmanları klinik istifadəyə buraxmazdan öncə onları bir neçə mərhələdən keçirirlər. Belə ki, preparatların orqanizmə və sağlamlığa təsiri detallı tərzdə öyrənilir, daha sonra klinik istifadəyə buraxılır.

İstifadəyə buraxılmış dərman vasitələri həkimlərə təqdim olunmalıdır və xəstəyə dərmanı yalnız həkim təyin etməlidir. Ona görə də, reklamı olunan dərman artıq şübhə yaradır. İnsanlar internet üzərində və televiziya kanallarında reklam olunan dərmanları almamaqla, onları iqnor etmiş olarlar. Hesab edirəm ki, bu, çox düzgün üsul olardı”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ