
İsveçrə parlamentinin aşağı palatasının təhlükəsizlik siyasəti komissiyası müharibə edən ölkələrə silah tədarükü haqqında qanunun yumşaldılmasını təsdiqləyib.
Bu barədə məlumat İsveçrə Milli Şurasının saytında yerləşdirilib.
Bildirilib ki, lehinə 16, əleyhinə 9 səslə qəbul edilən qərara əsasən, İsveçrə ixrac rejimi onun öz ixrac rejiminə analoji olan dövlətlərə, hətta silahlı münaqişədə iştirak edən dövlətlərə hərbi texnika tədarük edə bilər.
Bundan başqa, komissiya ölkə hökumətinin hərbi texnikanın ixracı zamanı müstəsna hallarda ona mövcud meyarlardan geri çəkilmək səlahiyyətinin verilməsi təklifini təsdiqləyib.
Parlament komissiyası silahların yenidən ixracına qoyulan qadağadan da imtina etməyə çağırıb.
Sentyabrın 30-da İsveçrə müdafiə nazirinin müavini Markus Meder bildirmişdi ki, ölkə parlamenti hərbi münaqişədə olan ölkələrə, o cümlədən Ukraynaya silah tədarükünə imkan verməyən məhdudiyyətləri yenidən nəzərdən keçirə bilər.
