Sizin reklam burada
Sizin reklam burada

Çinin Şanxay şəhərində hava taksisi ilə 10 dəqiqəlik uçuşun qiyməti 14,11 manat (təxminən 8,3 dollar) olacaq

 Çinin Şanxay şəhərində hava taksisi ilə 10 dəqiqəlik uçuşun qiyməti 14,11 manat (təxminən 8,3 dollar) olacaq


Çinin Şanxay şəhərində hava taksisi ilə 10 dəqiqəlik uçuşun qiyməti 14,11 manat (təxminən 8,3 dollar) olacaq.
Şirkətin məlumatına görə, hava taksiləri elektriklə işləyən, şaquli qalxan və enən təyyarələrdir. Onlar şəhərin yarısını cəmi 10 dəqiqəyə qət edə biləcək.
“Avtomobillə bu məsafə təxminən 40 dəqiqə çəkir. Başlanğıcda gediş haqqı adi taksilərdən bir qədər baha olacaq, lakin marşrutlar genişləndikcə qiymətlər azalacaq”, – deyə şirkətdən bildirilib.
Qeyd olunub ki, qısamüddətli uçuşlar 11,9 manat (7 dollar), şəhərlərarası reyslər isə 23,8 manatdan (14 dollar) başlayacaq. Beş nəfərlik hava taksiləri salonunda həmçinin təxminən 50 sm uzunluğunda beş çamadan yerləşdirilə biləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ