Sizin reklam burada
Sizin reklam burada

BMT dünyada aclıq çəkən insanların sayını açıqladı

 BMT dünyada aclıq çəkən insanların sayını açıqladı

2024-cü ildə 673 milyon insan aclıq, 2.3 milyard insan isə ərzaq təhlükəsizliyi problemi ilə üzləşib.

Bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok Qətərdə keçirilən Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans liderlərinin ilk görüşündə bildirib.

O qeyd edib ki, iqlim dəyişikliyi aclığa və yoxsulluğa gətirib çıxarır, kütləvi miqrasiya və münaqişələrə səbəb olur, münaqişələr isə aclığı və yoxsulluğu daha da artırır.

Berbokun fikrincə, aclığa qarşı mübarizə yalnız xeyriyyəçilik aktı deyil, həm də təhlükəsizlik məsələsidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ