
"Mən hesab edirəm ki, bəşəriyyəti III Dünya Müharibəsinə və nüvə qiyamətinə sövq etmək əmri verilib".
Bu fikri siyasi təhlilçi və professor Tuomas Malinen "X" sosial şəbəkəsindəki səhifəsində irəli sürüb.
Lakin o, əmri kimin verdiyini açıqlamayıb.
Qeyd edək ki, daha öncə Rusiya rəsmiləri ABŞ-ın Ukraynaya uzaqmənzilli “Tomahavk” raketlərini verdiyi halda III Dünya Müharibəsinin başlaya biləcəyini açıqlamışdılar.
