
Bazar günü axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Belqoroda hücum edərək elektrik şəbəkəsinə ziyan vurub.
Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, 24 yaşayış məntəqəsi, ümumilikdə isə 5400 sakin qismən işıqsız qalıb.
Qladkov bildirib ki, bərpa işləri yaxın vaxtlarda başa çatdırılacaq. Qubernator məktəb və uşaq bağçalarının fəaliyyəti ilə bağlı məlumatların "valideynlər qrupu" vasitəsilə ötürüləcəyini açıqlayıb.
