
İsrail hakimiyyəti öz hərbi qüvvələrinə Qəzza şəhərində əməliyyatları dayandırmağı tapşırıb.
Bu barədə İsrail ordusu məlumat yayıb.
Vəziyyətin qiymətləndirilməsi və ABŞ nümayəndələri ilə müzakirələrdən sonra bu qərar verilib.
Siyasi rəhbərlik İsrail ordusuna Qəzzada fəaliyyətini minimuma endirmək və zolaqda yalnız müdafiə əməliyyatları keçirmək barədə göstəriş verib.
İsrail ordusunun "Qaley Tzahal" radiosu bildirib ki, bu addım faktiki olaraq Qəzza şəhərinin tam ələ keçirilməsi əməliyyatının dayandırılması deməkdir.
