
"Qiyamət radiosu" kimi tanınan UVB-76 radiostansiyası bazar günü ərzində iki mesaj yayımlayıb.
Bu barədə onun fəaliyyətini izləyən “UVB-76 Logi” "Telegram" kanalı məlumat yayıb.
Bakı vaxtı ilə saat 16:41-də "kaposort" sözü yayımlanıb. Bir saat 17 dəqiqə sonra isə stansiya “biryuçiy” (Rusiyada bu adda yaşayış məntəqəsi var - red.) sözünü yayımlayıb.
Qeyd edək ki, “Qiyamət Radiosu” son günlərdə aktiv olaraq mesajlar yayımlayır.
