
2024-cü ildə vəbadan ölüm halları əvvəlki illə müqayisədə 50% artaraq 6 mini ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Ötən il qeydə alınan vəba hadisələrinin sayı 2023-cü illə müqayisədə 5%, ölənlərin sayı isə 50% çox olub.
2024-cü ildə vəba halları 60 ölkədə qeydə alınıb. Hadisələrin 98%-i Afrika, Yaxın Şərq və Asiya ölkələrində baş verib.
Qeyd edilir ki, 2023-cü ildə vəba 45 ölkədə qeydə alınmışdı.
