Sizin reklam burada
Sizin reklam burada

Putin bundan istifadə edəcək: Bu ərazilərə qarşı amansız hücumlar planlaşdırır

Putin bundan istifadə edəcək: Bu ərazilərə qarşı amansız hücumlar planlaşdırır



Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya dəstəyinin zəiflədiyini hiss edir və bu fürsətdən istifadə edərək yay aylarında Ukraynaya qarşı genişmiqyaslı və amansız hücumlara hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.

Məqalədə qeyd edilib ki, ABŞ Ukraynaya müəyyən hava hücumundan müdafiə sistemlərinin göndərilməsini dayandırıb. Bu isə Rusiyanın planlarına əlavə cəsarət verib. Putin son zamanlar telefon danışıqlarında, o cümlədən Donald Trampla söhbətlərində Ukraynadakı müharibənin dayandırılması ilə bağlı təklifləri rədd edib.

Jurnalın məlumatına görə, Kreml artıq Ukrayna ərazilərini işğal etməkdən daha çox, ölkənin hərbi və mülki potensialını zəiflətmək, nəqliyyat və enerji infrastrukturunu dağıtmaq strategiyasına keçib. Gözlənilir ki, yaxın həftələrdə Kiyev və digər böyük şəhərlərə qarşı hava zərbələri intensivləşəcək.

ABŞ Müdafiə Nazirliyi bəzi raketlərin Ukraynaya göndərilməsinin dayandırılmasını ehtiyat ehtiyacları ilə əlaqələndirib. Ukrayna prezidenti Vladimir Zelenski isə yaxın günlərdə Donald Trampla bu məsələni müzakirə etməyi planlaşdırır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ