Sizin reklam burada
Sizin reklam burada

ABŞ-ın İrana hücumu nəticəsiz qaldı - KİV

ABŞ-ın İrana hücumu nəticəsiz qaldı - KİVİran ABŞ-ın gözlənilən hava hücumundan xəbərdar olub və zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb.

Bu barədə “Reuters”ə İranın yüksək vəzifəli rəsmisi bildirib.

Mənbə bildirib ki, şəxsi heyətin əksəriyyəti uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.

Həmçinin "Telegram" kanallarında yayılan məıumatlarda hücumdan öncə Fordo nüvə obyektlərinin girişində nüvə aktivləri və avadanlıqlarının daşınması üçün istifadə edilən 15-dən çox yük maşınının göründüyü bildirilib.

Qeyd edək ki, iyunun 22-də ABŞ Fordo, Natanz və İsfahan daxil olmaqla, İranın 3 əsas nüvə infrastrukturu obyektinə zərbələr endirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ