Təl-Əvivin şimalında yük maşını avtobus dayanacağına çırpılıb.
Hadisə nəticəsində 6 ölü və 50 yaralı var. Yaralılardan 10-un vəziyyəti ağırdır.
Qəza zamanı yük maşınının sürücüsü də həlak olub.
Hadisənin baş verdiyi yerin yaxınlığında İsrail ordusunun bir neçə kəşfiyyat bölməsi yerləşir. Bu səbəbdən polis qəzanı terror aktı kimi qiymətləndirir.