Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlılar Donbasda mühasirəyə düşüblər - VİDEO

Azərbaycanlılar Donbasda mühasirəyə düşüblər - VİDEO
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son iki gündə Rusiya Ordusunun Xarkov, Xerson və Donetsk vilayətinə ardıcıl hücumları müşahidə olunur.

Qeyd edilib ki, Donetsk vilayətinin Toretsk şəhərində vəziyyət gərgindir:

“Son üç gündür, Rusiya Ordusu şəhərə raket zərbələri endirir. İnsanların giriş-çıxışı da ağır döyüşlər səbəbindən çətinləşib”.

O da bildirilib ki, şəhərdə yaşayan mühasirədə qalanlar arasında azərbaycanlılar da var. “Toretskdə yaşayan azərbaycanlıların əksəriyyəti gərginlik artana qədər oradan çıxsa da, bir qismi müxtəlif səbəblərdən şəhəri tərk edə bilməyib”, - deyə jurnalist qeyd edib.

Ətraflı videonu təqdim edirik:


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ