Sizin reklam burada
Sizin reklam burada

İndoneziyalı nazir Ukrayna ilə bağlı təklif verdi: “BMT sülhməramlıları yerləşdirilsin”

İndoneziyalı nazir Ukrayna ilə bağlı təklif verdi: “BMT sülhməramlıları yerləşdirilsin”
“Ukraynada münaqişə bölgəsində demilitarizasiya zonası yaradılsın və orada BMT-nin sülhməramlı qüvvələri yerləşdirilsin”.

Belə bir təkliflə İndoneziyanın müdafiə naziri Prabovo Subianto Sinqapurda keçirilən “Şanqri-La dialoq” təhlükəsizlik konfransı zamanı çıxış edib.
Subianto ilk növbədə hər iki tərəfdən atəşin dayandırılmasını təklif edib.

“İkincisi, hər iki tərəf yeni demilitarizasiya zonasının yaradılması üçün hazırkı mövqelərindən 15 km geri çəkilsin”, - deyə nazir qeyd edib.

Prabovo Subiantonun sözlərinə görə, bu zonaya beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Həmçinin o əlavə edib ki, sakinlərin böyük qisminin iradəsinin obyektiv şəkildə öyrənilməsi üçün BMT mübahisəli ərazilərdə referendum keçirməlidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ