Sizin reklam burada
Sizin reklam burada

Peskov: "Bunun bədəlini Ukrayna xalqı ödəyəcək"

Peskov: "Bunun bədəlini Ukrayna xalqı ödəyəcək"


Zelenski rejiminə psevdodəstək çərçivəsində Qərb silahlarının tədarükü üçün bədəli Ukrayna xalqı ödəməli olacaq.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Kiyevə silah tədarükündə birbaşa və ya dolayısı ilə iştirak edən və ya onun texnoloji səviyyəsini yüksəldən bütün ölkələrlərin buna görə məsuliyyət daşıdığını vurğulayıb.

"Əsas odur ki, bütün bu hərəkətlərə, bütün bu psevdodəstəyə görə Ukrayna xalqı ödəməli olacaq", - deyə o fikirlərini yekunlaşdırıb.

Daha əvvəl Peskov NATO-ya üzv ölkələr arasında Ukraynaya tank və digər hücum silahlarının tədarükü ilə bağlı fikir ayrılıqlarına görə əsəbiliyin artdığını qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ