Sizin reklam burada
Sizin reklam burada

Dneprdə raket zərbəsindən dağılan binada axtarış-xilasetmə işləri yekunlaşdı

Dneprdə raket zərbəsindən dağılan binada axtarış-xilasetmə işləri yekunlaşdı
Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində 44 nəfər həlak olub.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.

Onun sözlərinə görə, axtarış-xilasetmə işləri yekunlaşıb.

Ölənlər arasında beş uşaq var. Ən kiçik oğlanın heç yaşı tamam olmayıb. 39 nəfər xilas edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ