Sizin reklam burada
Sizin reklam burada

ABŞ İranı HƏDƏLƏDİ: "Əgər bunu aşkar etsək..."

ABŞ İranı HƏDƏLƏDİ: "Əgər bunu aşkar etsək..."


ABŞ bildirib ki, İran Ukraynaya qarşı hərbi cinayətlərdə iştiraka görə məsuliyyət daşıyacaq, çünki o, Rusiyanı mülki infrastruktura və mülki əhaliyə hücumlar üçün silahla təmin edir.

Publika.az xəbər verir ki, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.

“Əgər bütövlükdə İran hökumətinin və ya yüksək vəzifəli İran rəsmilərinin müharibə cinayətlərində şərik olduğunu və ya əlaqəli olduğunu aşkar etsək, onların məsuliyyətə cəlb olunması üçün çalışacağıq, - deyə Prays İrana qarşı yeni sanksiyaların mümkünlüyünü şərh edib.

Dövlət Departamentinin nümayəndəsi həmçinin xatırladıb ki, ABŞ Rusiya qüvvələrinin Ukraynadakı müəyyən hərəkətlərini hərbi cinayətlər kimi müəyyən edib və onların törədilməsinə dair sübutları sənədləşdirməyə davam edəcək.

"Və əgər bu dəlil başqa bir ölkənin, başqa bir beynəlxalq aktorun hərbi cinayətlərdə əli olduğunu göstərirsə, biz onların məsuliyyətə cəlb edilməsi üçün çalışacağıq", - Prays vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ