Sizin reklam burada
Sizin reklam burada

Ukrayna rəsmi şəkildə Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

Ukrayna rəsmi şəkildə Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir
Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib.

Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var - Rusiyadan fərqli olaraq biz başqa ölkələrin suveren işlərinə qarışmırıq. Biz heç bir məsləhət vermirik. Bu, çox vacib parametrdir. Rəsmi səviyyədə Gürcüstan hökumətinə təklif edirik ki, Saakaşvilini bizə verin. Mən Mixeilə çox rəğbət bəsləyirəm. Ona hörmət edirəm, çünki tarixi miqyasa malik şəxsiyyətdir”.

Prezident Ofisi rəhbərinin müşaviri onu da qeyd edib ki, Ukraynanın rəsmi mövqeyi Saakaşvilini müalicə üçün bu ölkəyə göndərməkdən ibarətdir. Lakin Gürcüstan keçmiş prezidenti birbaşa Ukraynaya köçürməkdən imtina edərsə, onda, “təəssüf ki, Gürcüstanda göstərilə bilməyən tibbi yardımın göstərilməsi mümkün olan” istənilən üçüncü Avropa ölkəsinə göndərilməlidir.

Podolyakın sözlərinə görə, onun mövqeyi rəsmi mövqedən daha radikaldır, çünki hesab edir ki, Gürcüstan hökuməti bilərəkdən öz prezidentinə həbsxanada qəsdən işgəncə verən dövlət kimi tarixə salmaq istəyir.

"Düşünürəm ki, Gürcüstan hökuməti qəsdən ölkəni tarixə qara ləkə kimi, prezidentinə həbsxanada qəsdən işgəncə verən dövlət kimi tanıtmaq istəyir. Mənə belə görünür. Mən sadə məsləhətlər verirəm, müdaxilə etmədən, birbaşa deyirəm - indiki iqtidarın, bütövlükdə dövlətin nümayəndələri, hakim partiyanın, nədənsə Rusiyanı bu qədər sevən partiyanın deputatları, elə davranmayın ki, özünüzü Gürcüstan tarixinə qara hərflərlə yazasınız”, - Podolyak bildirib.

Podolyak hətta bəyan edib ki, rəsmi Tbilisinin xahişi ilə şəxsən Gürcüstana gəlib Saakaşvilini apara bilər.

"Bu heç də problem deyil. Mən sadəcə onların motivasiyasını başa düşmək istəyirəm", - o əlavə edib.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən narahat olduğunu bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ