Sizin reklam burada
Sizin reklam burada

Siçovullar evə "hücum edib" - Qadını...

Siçovullar evə "hücum edib" - Qadını...



Britaniyada siçovullar bir evə "hücum edib". Bu üzdən evə girə bilməyən ev sahibəsi avtomobildə yaşamağa məcbur olub.

Publika.az xəbər verir ki, 20 yaşlı Tia Henderson 5 aydır ki, dostunun avtomobilində yaşayır. Siçovullar evi "ələ keçirdikdən sonra" o, mənzilindən köçüb.

Tia mətbəxdə iki siçovul gördükdən sonra zərərvericilərə qarşı mübarizə qrupunu çağırıb. Mütəxəssislər evi dezinfeksiya ediblər, lakin bu kifayət etməyib.

Henderson problem barədə aidiyyəti qurumlara məlumat verib. Bu zaman isə ona ev heyvanını aparmamaq şərti ilə evdən köçürməyi təklif edib. Henderson bu təklifi rədd edib.

“İt ömürlük mənimlədir. Mənim ailəm yoxdur, o mənim yeganə ailəmdir. Və psixi sağlamlığımı xilas edir”, - deyə qadın etirazını bildirib.

Buna görə də, artıq 5aydır rəfiqəsinin maşınında yaşayır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ