Sizin reklam burada
Sizin reklam burada

“Taliban” Əfqanıstanda iki xarici radiostansiyanın yayımını dayandırdı

“Taliban” Əfqanıstanda iki xarici radiostansiyanın yayımını dayandırdı



Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı ölkə ərazisində “Azadlıq” və “Amerikanın Səsi” radiostansiyalarının yayımını qadağan edib.

Bu barədə Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hər iki radiostansiya Əfqanıstanda baş verən hadisələri birtərəfli işıqlandırır və orada çalışan əməkdaşlar jurnalist etikasına riayət etmirlər.

Məlumat üçün əlavə edək ki, Əfqanıstanda “Azadlıq” radiosunun və “Amerikanın Səsi”nin yayımı ABŞ-nin bu ölkəyə hərbi müdaxiləsindən sonra başlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ