Sizin reklam burada
Sizin reklam burada

Ekspert: “İran ölkə daxilində rejimin zəifləməsi səbəbindən qonşularına hücum edir”

Ekspert: “İran ölkə daxilində rejimin zəifləməsi səbəbindən qonşularına hücum edir”




“Tehranda rejimin zəifləməsi ilə əlaqədar olaraq İran xalqın diqqətini daxili problemlərdən yayındırmaq, ölkədəki etirazların xarici aktorların təsirinin nəticəsi olduğuna inandırmaq üçün qonşuları olan İraq kürdlərinə, Azərbaycan kürdlərinə hücum edir”.

Bunu “Report”un Zəngilan və Cəbrayıla ezam olunmuş müxbirinə “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer məlumat verib.

“Əslində ölkədə baş verənlərin xarici aktorlarla heç bir əlaqəsi yoxdur. İranda baş verən etiraz aksiyalarına hətta heç bir lider və ya təşkilat rəhbərlik etmir. Görünən budur ki, etirazların mənbəyi sadə vətəndaşlardır”, - o deyib.

Onun sözlərinə görə, hadisələrin gedişi göstərir ki, insanlar dövlətin daimi nəzarəti və təzyiqi altında yaşamaqdan yorulub və daha çox azadlıq istəyirlər.

“Əslində rəsmi Tehrana qarşı çıxan 40 illik müxalifətdir”, - B.Şaffer bildirib.

Ekspert qeyd edib ki, İranda hüquq və azadlıqların pozulması, etirazların vəhşicəsinə yatırılması və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verən İran rejiminin xarici siyasəti Aİ və ABŞ-ın bu ölkəyə qarşı yeni sanksiyaları labüd edir.

“Sanksiyalar Ukrayna ilə müharibə aparmaq üçün Rusiyaya İran silahlarının ixracına, eləcə də ölkədə insan hüquqlarının pozulmasına görə hökumətə qarşı olacaq”, - professor deyib.

Brenda Şaffer İranda baş verənlərlə SSRİ-nin süqutu arasında paralel aparıb.

“Ötən əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Sovet İttifaqı hakimiyyəti saxlamaq və çökməkdə olan ölkəni qoruyub saxlamaq üçün Bakıda Qara Yanvar kimi qəddar əməllərə əl atdı. Mənə elə gəlir ki, İranı da təxminən eyni aqibət gözləyir”, - deyə o bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ