Sizin reklam burada
Sizin reklam burada

“Taliban” İran səfirliyi qarşısında aksiyanı dağıdıb

“Taliban” İran səfirliyi qarşısında aksiyanı dağıdıb




Bu gün Əfqanıstanın paytaxtı Kabildə bir qrup qadın İran səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.

Əfqan qadınlar İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara həmrəyliklərini nümayiş etdiriblər.

Lakin “Taliban” hakimiyyətinə tabe olan polis qüvvələri havaya atəş açaraq aksiyaçıları ərazidən uzaqlaşdırıblar.

Aksiyada iştirak edən qadınlar həmçinin “Taliban” üzvləri tərəfindən fiziki təzyiqlərə məruz qaldıqlarını da açıqlayıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ