Sizin reklam burada
Sizin reklam burada

BMT: “İstanbul sazişindən sonra ərzaq məhsullarının qiyməti aşağı düşüb”

BMT: “İstanbul sazişindən sonra ərzaq məhsullarının qiyməti aşağı düşüb”



Ukrayna taxılının ixracı ilə bağlı İstanbulda imzalanan razılaşmalar ərzaq qiymətlərinə ciddi təsir göstərib.

Bu barədə avqustun 4-də BMT-nin baş katibi Antonio Quterreş “Ümumi gündəmimiz” adlı hesabatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, İstanbul razılaşmaları qiymətlərin az qala Ukraynadakı müharibənin başlanmasından öncəki səviyyəyə enməsinə səbəb olub.

Qeyd edək ki, avqustun 3-də Ukraynadan ilk ərzaq daşıyan “Razoni” yük gəmisi Bosfor boğazına daxil olub. Gəmi daha sonra gəmi Mərmərə dənizi və Çanaqqala boğazından keçərək Livana - marşrutun son nöqtəsinə gedəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ