Sizin reklam burada
Sizin reklam burada

Gürcüstan Batumiyə çatan Rusiya neftini sanksiyalara görə ölkəyə buraxmayacaq

Gürcüstan Batumiyə çatan Rusiya neftini sanksiyalara görə ölkəyə buraxmayacaq



“Gürcüstanda heç vaxt Qərbin sanksiyalarından yayınma halı olmayıb”.

Bunu Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

Gürcüstan hakimiyyəti Qərbin sanksiyalarına məruz qalmış şirkətdə qeydiyyatda olan və Batumiyə çatdırılan Rusiya neftinin ölkəyə buraxılmasını planlaşdırmır.

Bu barədə bazar ertəsi Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin iclasından sonra keçirilən brifinqdə qeyd edib.

“Bəli, doğrudan da bu gün Batumi limanında yükü (neft) olan gəmi var və o, sanksiyalara məruz qalmış şirkətdə qeydiyyatdadır. Bu faktdır. Biz artıq sənədləri nəzərdən keçirmişik. Gürcüstanda heç vaxt Qərbin sanksiyalarından yayınma halı olmayıb (Qərb tərəfindən Rusiya Federasiyasına qarşı tətbiq edilən - TASS). İndiki halda da bu belə olacaq”, – deyə Davitaşvili müvafiq sualı cavablandırarkən bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ