Sizin reklam burada
Sizin reklam burada

Stokholmda Ermənistan tərəfindən mina xəritəsinin verilməməsinə etiraz olaraq aksiya keçirilib - FOTO

Stokholmda Ermənistan tərəfindən mina xəritəsinin verilməməsinə etiraz olaraq aksiya keçirilib - FOTO


Diasporla İş üzrə Dövlət Komitəsindən verilmiş məlumata görə, İsveç Krallığının paytaxtı Stokholm şəhərində SAF, “Azərbaycan naminə”, “Qarabağ kultur cəmiyyəti” Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirib.

Aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.

“Sergels torg” qarşısında gerçəkləşdirilən aksiyada “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Eyni zamanda, SAF-nın təşəbbüsü ilə İsveç parlamentinə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar. 10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ