Sizin reklam burada
Sizin reklam burada

Maykl Rayan: “Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”

Maykl Rayan: “Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”



“Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.

APA-ya istinadən Xeberleragentliyi.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.

O bildirib ki, peyvənləmənin tədricən virusu təsir etməyə başladığını görürük: “Ancaq bu mərhələdə pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.

Oxşar açıqlama ilə ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da çıxış edib. Onun sözlərinə görə, hazırda təşkilat peyvəndləmə fonunda ilin sonuna qədər ölüm və ağır xəstəlik hallarının azaldılacağını gözləyir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ