Sizin reklam burada
Sizin reklam burada

ABŞ-ın 14 ştatında COVID-19-a yoluxma hallarının sayı kəskin artıb

ABŞ-ın 14 ştatında COVID-19-a yoluxma hallarının sayı kəskin artıb


İyun ayının ilk günlərindən başlayaraq, ABŞ-ın 14 ştatında koronavirusa yoluxma hallarının sayı kəskin artıb.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Son 10 gün ərzində ən yüksək göstəricilər Alyaska, Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Florida, Nyu-Meksiko, Missisipi, Oreqon, Tennessi, Yuta ştatlarında və Puerto-Rikoda (Karib dənizində Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil olan ərazi) qeydə alınıb.

Qeyd edək ki, koronavirusa yoluxanların (2 046 053 nəfər) və ölənlərin (114 167 nəfər) sayına görə dünya ölkələri arasında ABŞ ilk yerdədir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ