Sizin reklam burada
Sizin reklam burada

İngiltərənin 3 şəhərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığının 3 şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Aksiya zamanı Xocalı həqiqətlərini əks etdirən LED ekranlı avtomobillər London, Birmingem və Mançester şəhərlərinin izdihamlı mərkəzi küçələrində saat 11.00-dan 20.00-dək hərəkət edərək, yerli sakinlərin diqqətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımına yönəldib.

“Natavan Groups UK” təşkilatı tərəfindən gerçəkləşdirilən aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

Ekranda Azərbaycan bayrağının, xəritəsinin, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın!”, “Xocalı soyqırımı, 26 fevral 1992”, “Xocalı münaqişənin ən böyük qırğınıdır”, “56 hamilə qadının qarın nahiyəsinə süngü vuruldu, 56-sı diri-diri yandırıldı”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib”, “Erməni hərbi cinayətkarlarını məsuliyyətə cəlb edin!”, “Qarabağ Azərbaycandır!” və sair şüar və çağırışlarla müşayiət olunub.

Fevralın 24-dən başlayan aksiya 3 gün davam edib və fevralın 26-da başa çatıb.

Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq həyata keçirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ