Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda 2023-cü ilin məhsulu üçün 1 milyon hektardan artıq sahədə payızlıq taxıl əkilib

Azərbaycanda 2023-cü ilin məhsulu üçün 1 milyon hektardan artıq sahədə payızlıq taxıl əkilib


Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır.

Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.

Qeyd edək ki, yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə isə mart ayından start veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ