Sizin reklam burada
Sizin reklam burada

Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib

Avstriyanın Lints şəhərində Anton Brukner adına Konservatoriyanın tələbəsi, pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” (“Vətənimin rəngləri”) adlı layihəsi təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ”Bechstein” piano mərkəzinin təşkilatçılığı ilə baş tutan konsert “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (“Palais Kaufmännischer Verein”) gerçəkləşdirilib.

Tədbiri giriş sözü ilə açan “Bechstein” piano şirkətinin nümayəndəsi Georq Vizenqer bildirib ki, azərbaycanlı pianoçu ilə bir neçə müddətdir əməkdaşlıq edirlər. Şirkətin soydaşımızın istedadını yüksək dəyərləndirdiyi, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini istədiyi vurğulanıb.

Gecədə çıxış edən Avstriya parlamentinin deputatı Renate Haytz və Azərbaycanın Avstriyadaki səfiri Rövşən Sadıqbəyli iki ölkə arasında uzun illər mövcud olan əlaqələrdən söz açıblar. Nəzərə çatdırılıb ki, bu il Azərbaycanla Avstriya arasında diplomatik əlaqələrin 30 ili tamam olur.

Diplomat qeyd edib ki, Azərbaycanla Avstriya arasında mövcud münasibətlər dərin tarixi köklərə malikdir, bu əlaqələr hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründən başlayıb. Ölkələrimiz arasında bütün sahələrdə, eləcə də mədəni sahədə əlaqələrin daim inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış Lints şəhəri ilə bir çox sahələrlə yanaşı, mədəniyyət sahəsində də təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub. Bu şəhərdə yerləşən Anton Brukner adına Konservatoriyanın tələbəsi kimi Ayan Məmmədlinin gələcəkdə bu əlaqələrin inkişafına layiqli töhfələr verəcəyinə əminlik ifadə edilib. Tədbirin Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illiyinin tamam olduğu günə təsadüf etdiyi də diqqətə çatdırılıb.

Konsert öncəsi Ayan Məmmədli layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi milli musiqi əsərlərimizin bütün dünyada tanıdılmasına və xarici ölkələrlə mədəni əlaqələrimizin yeni istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verməkdir.

Pianoçunun ifasında səsləndirilən “Bayatı-Şiraz” muğamı, “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı gəlin” xalq mahnıları, Fikrət Əmirovun və Avropa bəstəkarlarının əsərləri alqışlarla qarşılanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ