Sizin reklam burada
Sizin reklam burada

Onkoloq: Bir qadının süd vəzi şişini aşkarlaması üçün 10 il vaxt lazımdır

Onkoloq: Bir qadının süd vəzi şişini aşkarlaması üçün 10 il vaxt lazımdır



Süd vəzi xərçənginin hansı səbəbdən yaranması ilə bağlı konkret faktlar yoxdur, lakin bir sıra mülahizələr var.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva "Süd vəzi xərçəngi" mövzusunda danışarkən deyib.


O bildirib ki, ən birinci irsi faktordur: “Təxminən 10 faiz halda irsi genetik faktorlar nəticəsində bu xəstəliyin aşkarlandığı müşahidə olunur. Digər bir faktor viruslardır. Onkoviruslar (şiş virusları) var ki, onlar bu xəstəliyin yaranmasına səbəb ola bilir. Bundan başqa, yaş faktorunun da buna təsiri var. İnsan yaşlandıqca, süd vəzi xərçənginin yaranması ehtimalı artır. Həmçinin qadın orqanizmində hormonal dəyişikliklər tez-tez baş verdiyi üçün onlarda bu xəstəliyin yaranma riski var. Bundan başqa, artıq çəki, hərəkətsizlik, zərərli qidalar, radiasiya və s. buna səbəb olan əsas faktorlardır".

Mütəxəssis qeyd edib ki, bir qadının şişi aşkarlaması üçün 10 il vaxt lazımdır: "Çünki çox kiçik olur və ilkin vaxtlarda heç bir ağrı olmur".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ