Sizin reklam burada
Sizin reklam burada

Şirvanda “Vətənim Azərbaycandır!” şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şirvanda “Vətənim Azərbaycandır!” şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb


Şirvan şəhərində “Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində Şirvan məktəbliləri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqə Şirvan Şəhər İcra Hakimiyyətinin, “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şeir müsabiqəsi Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə 8-12 yaşlı məktəblilər arasında keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva Vətənin müqəddəsliyindən, vətənpərvərliyin ailələrdə, məktəblərdə təbliğinin vacibliyindən danışıb. Həmçinin Vətən müharibəsində şücaət göstərən gənclərin ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildirib.
Tədbirdə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, 21 nömrəli məktəbin direktoru Səadət Quliyeva, Şirvan Təhsil Sektorunun müdir əvəzi Fəzilə Mahmudova çıxış edərək belə müsabiqələrin məktəblilərin bacarıqlarının üzə çıxarılmasında, bədii estetik zövqünün formalaşmasında, vətənpərvər ruhda yetişməsindəki rolundan danışıb və iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, 50 nəfərə yaxın məktəblinin iştirak etdiyi tədbirdə 5 nömrəli məktəbin şagirdi Ayla Ağazadə 1-ci, 1 nömrəli məktəbin şagirdi Əlişan Qəfərli 2-ci, 9 nömrəli məktəbin şagirdi Aysun Ağacanova 3-cü yerlərə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. 10 nəfərə isə həvəsləndirici hədiyyələr və sertifikatlar təqdim olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ