Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan ilə Qırğızıstan münasibətləri

Azərbaycan ilə Qırğızıstan münasibətləri


Azərbaycan ilə Qırğızıstan münasibətləri hələ çox qədim keçmişə köklənir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Azərbaycan ilə Qırğızıstan respublikaları arasında diplomatik əlaqələr isə 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlamışdır.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Və illərdir davam edən bu tendensiyanı ölkə başçımız Cənab İlham Əliyev uğurla davam etdirir. Elə bu yaxında baş tutan Qırğızıstan səfəri də bu qəbildən olan növbəti əhəmiyyətli hadısə idi.
Cənab Prezidentimiz qeyd edir ki, Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Və Qalibiyyət əldə edən, zəfər imzalı bir ölkə kimi belə səfərlər təkcə öz bölgəmizdə deyil, dünyada sülhün əməkdaşlığın, tərəqqinin yeni müstəviyə qalxması üçün öz töhfələrini verən mühim addımlardır.
Ölkə Başçımız mətbuata açıqlamasında da qeyd edir ki, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunmaqdadır. Bütün bunlara əyani misal olaraq deyə bilərik ki, Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaradacaq.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.
Artıq Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bişkekdə ən böyük məktəblərdən biri
Müasir Azərbaycan dövlətinin qurucusu
Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.
Bütün bunlar iki ölkə arasındakı dostluq, qardaşlıq mühitindən və birgə inkişaf yolundan bəhrələnir.
Əslində hər kəsə bəllidir ki, oktyabrın 6-da Prezidentin Çexiyanın paytaxtı Praqaya səfəri, Avropa İttifaqı Şurasının təşkil etdiyi tədbirə qatılması, orada görüşlər keçirməsi, dördtərəfli Bəyanatın qəbul edilməsi Prezident İlham Əliyevin diplomatik uğurudur. Ölkəmiz imzalar içində xüsusi imzası ilə seçilir. Və bu seçilmə hər sahədə özünü göstərəcək və səmərəli olacağına inanırıq. Elə bu qəbildən olan layihə kimi həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunmasını geyd edə bilərik. Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək. Və beləcə iki ölkə arasında daha səmimi və möhkəm birlik nümayişi olacağdır.
Beləliklə ölkə başçımız
Cənab İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsi baxımından olduğca məhsuldar və yaddaqalan olacaqdır.
Yaşasın Azərbaycan Qırğızıstan birliyi, qardaşlığı, dostluğu!

Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ