Sizin reklam burada
Sizin reklam burada

Mehriban Zeynalova: “Narkotik istifadəçisi olan uşaqları digər uşaqlarla eyni müəssisədə saxlamaq doğru deyil”

Mehriban Zeynalova: “Narkotik istifadəçisi olan uşaqları digər uşaqlarla eyni müəssisədə saxlamaq doğru deyil”



“Cəmiyyət qadın problemlərinə ilə müqayisədə uşaq problemlərinə daha həssas yanaşır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında deyib.

O bildirib ki, cəmiyyət bu məsələdə dərhal reaksiya verilir:

“Bizim aidiyyəti qurumlarla ortaq qrupumuz var ki, ora atılan məlumatlar dərhal araşdırılır. Küçədə hansı uşağı kim görür, müraciət edirsə, aidiyyəti üzrə DİN əməkdaşları uşağı götürərək müvafiq sığınacaqlara yönləndirirlər. Sənədləri olmayan uşaqların belə bir neçə saat ərzində kimliyi araşdırılır, tapılır. Lakin bu problem çərçivəsində daha böyük çətinlik müxtəlif kateqoriyalar üzrə uşaqların olmasıdır. Narkotik maddə istifadəçisi olan uşaqları digər uşaqlarla eyni müəssisədə saxlamaq doğru deyil”.

M.Zeynalova deyir ki heç kim, heç bir uşaq kənarda olmasa da, sığınacaqlar çeşidlənməlidir:

“Çətin tərbiyə olunan uşaqlar, zorakılığa məruz qalan uşaqların təlim-tərbiyəsi, adaptasiya, psixoloji yardımları fərqli proqram üzrə aparılır. Bu istiqamətdə də ciddi kadr çatışmazlığı var. Uşaqlar bu kimi çeşidlənmə üzrə sığınacaqlara yerləşdirilərsə, həyata keçirilən tədbirlər də daha tez effekt vermiş olar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ