Sizin reklam burada
Sizin reklam burada

Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı

Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı



Üç dostu ilə birlikdə Türkiyə-Ermənistan sərhədini keçməyə cəhd edən İsmayıl Ədirin itkin düşüb.

Bu barədə "TGRT Haber" məlumat yayıb. Bildirilir ki, İğdırda axtarış əməliyyatı başlayıb.

İsmayılla əlaqə saxlaya bilməyən dostları hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər 28 yaşlı gəncin axtarışı üçün əməliyyat-axtarış tədbirləri həyata keçirib.

İsmayılın sərhədi keçərkən Araz çayına düşdüyü ehtimal edilir. Hazırda çayda və onun ətrafında axtarış aparılır.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ