
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifəti “küçə terroru”nda ittiham edib.
Publika.az xəbər verir ki, "Anadolu" məlumat yayıb.
“Dörd gündür ki, onlar (müxalifət) millətin əmin-amanlığını pozmaq, xalqımızı parçalamaq, onların yolunda olan hər kəsi təhqir etmək, polislərimizə hücum etmək üçün hər şeyi edirlər.
Nəhayət, bu gün mətbuata, yayım təşkilatlarına açıq hədə-qorxu gələrək özlərini ifşa etdilər. Onlar hətta televiziya kanallarının, media qruplarının adlarını verib, medianı hədələyiblər ki, “hamınızı izləyirik”.
Bələdiyyələrdən qazanc götürən faiz şəbəkələri CHP-ni kirdə, pasda, palçıqda, korrupsiyada, qanunsuzluqda boynuna götürüb.
Ancaq onların bir özəlliyi var. Hər sözə başlayanda Atatürkün qurduğu partiya olmaqla öyünənlər sırf böyüklərinə borclarını ödəmək üçün Atatürkün partiyasını oğruların ixtiyarına veriblər”, - deyə siyasətçi bildirib.
Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs edilib və növbəti 4 gün müddətinə həbs edilib. O, müxalif Cümhuriyyət Xalq Partiyasının liderlərindən biri və hazırkı dövlət başçısı Rəcəb Ərdoğanın əsas siyasi rəqibidir. Həbsindən bir neçə gün əvvəl İmamoğlunun diplomu ləğv edilib. Türkiyə qanunvericiliyinə görə, ali təhsili olmayan şəxs prezident postuna seçilə bilməz.