Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə görüşdü - İtkinlərin taleyi müzakirə olundu

Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə görüşdü - İtkinlərin taleyi müzakirə olundu


Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ