Sizin reklam burada
Sizin reklam burada

Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür

Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür

Yunanıstan, eləcə də Fransa Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeləri səbəbindən hər zaman Ermənistanı dəstəkləyiblər. İndi də yunanlar Rusiya istehsalı olan silahları Ermənistana təqdim etmək istəyirlər.

Bu sözləri Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Yunanıstanın Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini vermək qərarını şərh edərkən deyib.

Ağar Afinanın da regionda geopolitik maraqları olan dövlətlər kimi özünü apardığını bildirib:

“Digər tərəfdən, həm Fransa, həm Hindistan və İran, həmçinin Avropa Birliyi və ABŞ-ın regionda maraqları var. Bu dövlətlər Ermənistandan öz maraqları naminə istifadə edərək “geopolitik reallıq” yaratmağa, Azərbaycan və Türkiyəni təzyiq altında saxlamağa, Ermənistan vasitəsilə bir təsir gücü formalaşdırmağa çalışırlar”.

Ekspertin sözlərinə görə, bu növ silahlar İkinci Qarabağ müharibəsində ermənilər üçün heç bir fayda vermədi:

“Ermənistana verilən silahlar İkinci Qarabağ müharibəsi zamanı onlarda var idi. Bilirsiniz ki, Qarabağ müharibəsində ilk olaraq Osa-AK sistemləri sıradan çıxarıldı. Daha sonra “Tor”, “Buk” və S-300 sistemlərinin məhv edildiyini gördük. Ermənistanın hava hücumundan müdafiə sistemi ciddi şəkildə zədələndi. İndi bu itkiləri kompensasiya etmək məqsədilə Yunanıstanın əlindəki köhnə silahları Ermənistana verib, özü üçün İsrail və Qərb istehsalı olan yeni silahlar almağa çalışdığı müşahidə edilir”.

Ağar qeyd edib ki, Yunanıstan və Fransanın Ermənistanı silahlandırması cavabsız qalmayacaq:

“Azərbaycan bu prosesləri yaxından izləyir və qiymətləndirir. Bu silahların zərərsizləşdirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Yalnız bu silahlar deyil, Ermənistanın müxtəlif kateqoriyalardakı yeni silahları dövriyyəyə buraxması Azərbaycanda əlavə tədbirlərin görülməsinə səbəb olur. Prezident İlham Əliyevin göstərişi ilə müdafiə büdcəsi daha da artırılıb. Bu baxımdan, Ermənistanın yeni silahlarına qarşı Azərbaycan mövcud və effektivliyini sübut etmiş silahlarla yanaşı, yeni təşəbbüslər irəli sürə bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ